QUYULARIN TƏHLÜKƏSİZLİYİ• SUALTI AVADANLIQ MÜHƏNDİSLİK • Texniki xidmətin göstərilməsi

Quyuya Nəzarət və Sualtı Mühəndislik

Quyuya Nəzarət və Sualtı Mühəndislik

Quyunun İdarə Olunması, Təhlükəsizliyi üzrə və Sualtı | Yerüstü Avadanlıqlar üçün xüsusi texniki xidmət, əsaslı təmir və mühəndislik dəstəyi — dənizdə, quruda və ya emalatxanamızda çatdırılır.

Quyunun İdarə Olunması, Təhlükəsizliyi üzrə və Sualtı | Yerüstü Avadanlıqlar üçün xüsusi texniki xidmət, əsaslı təmir və mühəndislik dəstəyi — dənizdə, quruda və ya emalatxanamızda çatdırılır.

HAQQIMIZDA

Qazma Qurğularının Təhlükəsizlik Avadanlığı üzrə Sualtı avadanlıq Mühəndisliyi

Drilling Subsea Services quyuların təhlükəsizliyinin təmin olunması avadanlıqları, quyulararası texniki xidmət dəstəyi, istismar dəstəyi və əsaslı təmir xidmətlərinin göstərilməsinə yönəlmiş Mühəndislik və Texniki xidmətlər şirkətidir. Əsası 2014-cü ildə qoyulmuş şirkət həm sualtı, həm də yerüstü BOP-lər (Fontan Preventer Avadanlıqları) üzrə planlaşdırılmış texniki xidmətin təşkili, quyulararası texniki xidmət, əsaslı təmir, nasazlıqların təyini və aradan qaldırılması, təftişə hazırlıq, yenidən yığılma və sınaq yoxlanışları fəaliyyətlərini dəstəkləmək üzrə ixtisaslaşmışdır.

ƏSAS XİDMƏTLƏR

İxtisaslaşmış xidmət sahələri.

Planlaşdırma və sökülmədən tutmuş yenidənqurma, sınaq və yekun sənədləşdirməyə qədər təcrübəli texniki dəstək.

Yerüstü | Sualtı BOP və Təhlükəsizlik

Boru plaşkaları (Ram) və həlqəvi (annular) BOP • İdarəetmə sistemləri • Boğucu / Yüksək Təzyiqli manifoldlar • Diverter

Quyuya nəzarət avadanlıqları üçün profilaktik və daimi texniki xidmət, əsaslı təmir, funksional sınaq, nasazlıqların aradan qaldırılması və quyulararası təmirə dəstək.

Dəniz Rayzer Sistemləri

Sökülmə • NDT (Metalın daxili müayinəsi) hazırlığı • Yoxlama / paket dəstəyi

Sökülmə və təmizləmədən başlayaraq, NDT (Metalın daxili çatın yoxlanılması) hazırlığı, yenidən quraşdırma koordinasiyası və sınaqdan keçirilməsinə qədər Rayzer (riser) əsaslı təmir dəstəyi.

Sualtı Mühəndislik və Konsultasiya

Məsləhət xidmətləri • Əsas səbəblərin araşdırılması dəstəyi • İş paketləri / OEM (Orijinal Avadanlıq İstehsalçısı) dəstəyi

Təmir, yenidənqurma və Proyektlər üçün texniki məsləhət, nasazlıqların aradan qaldırılması, layihə dəstəyi və təcrübəli işçi qüvvəsi.

Əsaslı Təmir, Yığılma və Sınaq Yoxlanışları

Vəziyyətin qiymətləndirilməsi • Sızma sınağı • Təstiqləmə və Təzyiq sınağı*

Sökülmə, təftişə hazırlıq, nəzarət altında yenidən yığılma, funksionallığın yoxlanılması və yüksək təzyiqli sınaqlar üçün emalatxana və ya sahə dəstəyi.

* Avadanlığın təzyiq dərəcəsindən, təsdiqlənmiş prosedurlardan, müştəri tələblərindən və müvafiq sınaq qurğularından asılıdır.

Mühəndislik dəqiqliyinin təmin edilməsi

Nəzarət olunan xidmət prosesi.

Proyektə Nəzarət

Avadanlıqlar, tarixçə, vəziyyət, müştəri tələbləri və əməliyyat müddəti.

Planlaşdırma

İşçi qüvvəsi, alətlər, ehtiyat hissələri, prosedurlar, hazırlıq, sınaq və OEM (orijinal avadanlıq istehsalçısı) dəstəyi.

İcra

Nəzarətli sökülmə, təmizləmə, texniki xidmət, təmir və yenidən yığılma.

Yoxlama və Sınaq

NDT (metalın daxili çatlarının sınağı), ölçü yoxlamaları, funksional yoxlama və təzyiq sınağı.

Sənədləşdirmə və Təhvil-Təslim

Xidmət qeydləri, problemlər, test nəticələri, qeydiyyat məlumatları və təhvil-təslim sənədləri.

KEYFİYYƏT VƏ TƏHLÜKƏSİZLİK

Ən çox əhəmiyyət kəsb etdiyi yerdə texniki nizam-intizam.

Kritik quyuya nəzarət avadanlığı nizam-intizamlı icra tələb edir. İşlər müvafiq təhlükəsizlik avadanlıqları və fəaliyyət dairəsi üçün təsdiqlənmiş prosedurlara, OEM tələblərinə və tətbiq olunan sənaye standartlarına uyğun olaraq həyata keçirilir.

TƏHLÜKƏSİZ İCRA • AVADANLIĞIN BÜTÖVLÜYÜ • QEYDİYYAT • NƏZARƏT EDİLƏN PROSEDURLAR • DƏQİQ SINAQLAR • KEYFİYYƏT RAPORTLARI

NİYƏ SUBSEA SERVİCES XİDMƏTLƏRİ

Yerüstü və Sualtı BOP üzrə Mütəxəssis Dəstəyi
Praktiki İcra
Tam Təhvil-Təslim

Yerüstü və Sualtı BOP üzrə Mütəxəssis Dəstəyi
Praktiki İcra
Aydın Təhvil-Təslim

BOP (Preventer avadanlığı), manifoldlar, Rayzer (riser) sistemi və digər quyuya nəzarət və təhlükəsizlik avadanlıqları üzrə mühəndislik

Dəniz qazma platforması (offşor), emalatxana və layihəyə işçi/mühəndis qüvvəsi dəstəyi

Hazırlıq, sökülmə və yenidən yığılma mərhələlərini əhatə edən inteqrasiya olunmuş rayzerlərin (riser) əsaslı təmiri dəstəyi

Sertifikatlaşdırmaya dəstək üçün OEM və CEM lə koordinasiya

Texniki dəstək və həllər üçün bizimlə əlaqə saxlayın

Növbəti texniki proyektiniz üçün dəstəyə ehtiyacınız var?

BOP texniki xidməti, Rayzer (riser) təmiri, sualtı avadanlıqların mühəndislik üzrə işçi qüvvəsi, nasazlıqların təyin olunması, aradan qaldırılması, əsaslı təmir və ya yoxlama sınaqları üçün Drilling Subsea Services ilə əlaqə saxlayın.

Ünvan : Bakı, Azərbaycan
Qaradağ r-nu, Salyan şossesi 16-cı km

Əlaqə nömrəsi : +994 99 215 3222

Əlaqə e-poçtu: support@drillsubsea.com

© 2026 Drilling Subsea Services

Quyuların Təhlükəsizliyi • Sualtı Mühəndislik • Rayzer Xidmətləri